Участники РПК, фото из архива

PKK-ya növbəti ağır zərbə endirildi

94
(Yenilənib 22:15 10.03.2019)
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya daha bir ağır zərbə endirib

BAKI, 10 mart - Sputnik. Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.

Sputnik Azərbaycan Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib. Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub. Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.

94