ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri ilə görüşü

"Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi 2021-ci ilədək başa çatacaq"

14
(Yenilənib 14:22 08.03.2019)
Dövlət Departamenti: Ağ Evin öz planlarını reallaşdırması üçün kifayət qədər vaxtı var

BAKI, 8 mart — Sputnik. ABŞ prezidenti Donald Trampın ilk prezidentlik müddəti bitənə qədər Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi başa çatacaq. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin bir rəsmisi deyib.

Onun sözlərinə görə, nüvəsizləşdirmə məsələsi üzrə işlər məhz bu tarixə hesablanaraq aparılır. Dövlət Departamentinin rəsmisi bəyan edib ki, Ağ Evin öz planlarını reallaşdırması üçün kifayət qədər vaxtı var.

Qeyd edək ki, Donald Trampın prezidentlik müddəti 20 yanvar 2021-ci ildə bitir. ABŞ prezidenti növbəti seçkilərdə də iştirak edəcəyini bildirib. Bu seçkilərdə də qalib gələcəyi təqdirdə onun prezidentlik müddəti 20 yanvar 2025-ci ildə bitəcək.

14
Teqlər:
nüvə, Donald Tramp, Koreya yarımadası, ABŞ
Əlaqədar
Şimali Koreya səfiri qaçıb
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
Tramp Şimali Koreya probleminin həllində Rusiya və Çinin rolundan danışdı