Erməni minaaxtaran minaya düşüb

© Sputnik / StringerErməni minaaxtaran Suriyada
Erməni minaaxtaran Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan məlumat verib

BAKI, 8 mart — Sputnik. Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb. Sputnik Ermənistan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan yazıb. O, yaralanan hərbçinin kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, bu ilin fevral ayının 8-də Ermənistan silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım məqsədilə Suriyaya göndərilib. Erməni hərbçilər Suriyadakı Rusiya hərbi heyətinin tərkibində xidmət aparırlar.

Xəbər lenti
0