ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisi generel Cozef Danford

Bakıda amerikalı generala 16 medalyonu kim hədiyyə edib?

78
(Yenilənib 21:10 07.03.2019)
Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub

BAKI, 8 mart — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov 2017-ci ilin fevralında Bakıda ilk dəfə amerikalı həmkarı Cozef Danfordla görüşü zamanı ona 16 medalyondan ibarət dəst, Vasili Blajennı kilsəsi və Kremlin əks olunduğu şəkili hədiyyə edib.

Президент РФ В. Путин принял участие в заседании расширенной коллегии Минобороры РФ
© Sputnik / Sergey Guneyev
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir. Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub.

Dövlət Departamentinin hədiyyələrə dair hesabatına əsasən medalyonlardan ibarət dəst və şəkil 400 dollar dəyərində qiymətləndirilib. Sənəddə qeyd olunur ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin hədiyyədən imtina etməsi "hədiyyə verəni və Birləşmiş Ştatlar hökumətini pis vəziyyətə qoya bilərdi".

78