Ermənistanın sabiq prezidenti Serj Sarqsyan

Sarqsyanın qardaşı da Ermənistanı tərk edib

20
(Yenilənib 11:59 06.03.2019)
2018-i ilin iyulunda Aleksandr Sarqsyanın evində axtarış aparılıb, o özü də polisə gətirilib

BAKI, 6 mart — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyana bir müddət ölkə xaricinə çıxmağa icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Novosti Armeniya"ya Ermənistan MTX-nın mətbuat katibi Samson Qalstyan bildirib. 

"İstintaq orqanı Aleksandr Sarqsyana bir müddət Ermənistandan kənarda qalmağa icazə verib", - deyə Qalstyan vurğulayıb.

Qeyd edək ki, fevralın 27-i Fırıldaqçılıqda ittiham olunan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan Qarabağ separatçılarına 19,6 milyon dollar verib.

Sarqsyan bu məbləği qondarma rejimin "müdafiə ordusuna" bağışlayıb.

Daha əvvəl yayılan məlumatda bildirilib ki, Sarqsyanın erməni banklarından birində olan hesabında 30 milyon dollar tapılıb və onlara həbs qoyulub. Sarqsyanın qardaşı bəyanat verərək həbsin götürülməsini istəmiş və söz vermişdi ki, bu məbləğin bir hissəsini dövlətə verəcək. Paşinyan isə bir qədər əvvəl bəyan edib ki, Sarqsyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib.

2018-i ilin iyulunda Aleksandr Sarqsyanın evində axtarış aparılıb, o özü də polisə gətirilib. Lakin sonradan buraxılıb. Onun oğlu Narek Sarqsyan 2018-ci ilin dekabrında axtarışa verilib və 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlamağa görə İnterpol tərəfindən saxlanılıb.

20
Teqlər:
Ermənistan, Serj Sarqsyan
Əlaqədar
"Transparency International": Sarqsyan rejimi ölkədən 10 milyard dollar çıxarıb
Sarqsyan təklənir: Eyni vaxtda 7 min istefa
Sarqsyan müdafiə "ordusu" toplayır
Sarqsyan sülaləsinin daha bir süqutu - 18 milyon dolları qaytardılar