Erməni əsgərinin dəbilqəsi, arxiv şəkli

Deputat: "Orduda əsgər ölümlərini gizlədənlər cəzalandırılacaq"

49
(Yenilənib 21:07 05.03.2019)
Bu faktları gizlətməyin səbəbini öyrənmək lazımdır.

BAKI, 6 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrində həlak olanlara dair məlumatların gizlədilməsində günahkar olanlar cəzalandırılacaq. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın sabiq müdafiə nazirinin müavini, "Mənim addımım" blokundan deputat Andranik Koçaryan bildirib.

"Günahkarlar mütləq cəzalandırılacaq, şübhə etməyin. Mən sizə söz verirəm", - deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, bu faktı gizlətməyin səbəbini öyrənmək lazımdır.

Qeyd edək ki, KİV-in məlumatına görə bu ilin ilk iki ayında Ermənistan Silahlı Qüvvələrində 4 nəfər ölüb. Lakin bu barədə məlumat yayılmayıb.

49