S-400 raket kompleksi

ABŞ Türkiyəyə silah almağa imkan vermir, özü isə kürdləri silahlandırır

9098
(Yenilənib 19:59 05.03.2019)
ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün Rusiyadan S-400 alan Türkiyəni bir daha təhdid edib.

ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün Rusiyadan S-400 alan Türkiyəni bir daha təhdid edib. Türkiyəni hədəf alan ABŞ hökuməti yeni bir açıqlama verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon bildirib ki, məsələ ilə bağlı Türkiyəyə xəbərdarlıq ediblər: "Rusiyadan S-400 almağın Vaşinqton ilə Ankara arasında əməkdaşlıq üçün mühüm nəticələri olacağı ilə bağlı Türkiyəni xəbərdar etmişik. Türkiyənin hava müdafiə sistemini möhkəmləndirmək istəyini anlayırıq, ancaq Türkiyənin S-400 alması ABŞ-la Türkiyənin müdafiə sahəsində əməkdaşlığı üçün ağır nəticələr doğuracaq".

Pentaqon sözçüsü deyib ki, müdafiə ehtiyaclarının ödənilməsi üçün Türkiyənin daha uyğun alternativlər tapmasına yardımçı olmağa çalışırlar. Eyni zamanda, S-400-ləri almağın ciddi nəticələr doğuracağı barədə də xəbərdarlıq edirlər. "Bu barədə açıq dialoqu davam etdiririk və daha əvvəl mühüm müdafiə sistemlərinin alınmasının NATO çərçivəsinə uyğunluğunun təmin edilməsinin vacibliyini vurğulamışdıq".

Digər tərəfdən, Qətərin xarici işlər naziri Məhəmməd bin-Əbdürrəhman əl-Sani rusiyalı həmkarı Sergey Lavrovla görüşüb və S-400 ala biləcəkləri işarəsini verib: "Rusyadan bəzi hərbi avadanlıqları almaq üçün danışıqlar davam edir. S-400 sistemi haqqında hələ qərar verilmədi. Qətərin Rusiyadan və ya başqa hər hansı bir ölkədən aldığı silahlar Səudiyyə Ərəbistanı və digər ölkələri maraqlandırmamalıdır. Bu, Qətər dövlətinin verəcəyi bir qərardır" - deyə qətərli nazir vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Baltik Dənizinə sahili olan və ölkənin ən qərbindəki Kalininqrad şəhərində S-400 hava müdafiə sistemlərinin qurulduğunu açıqlayıb.

Mediada verilən xəbərlərə, eləcə də prezident Ərdoğanın bəyanatlarına görə, Türkiyə artıq bu bahalı qurğular üçün beh ödəyib. Moskva bu pulu aldığını sentyabrın 29-da təsdiqləyib.

Bu xüsusda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin demişdi ki, qurğuların Türkiyəyə çatdırılması müddətləri hələlik müəyyən edilməyib: "Onlar mümkün qədər tez istəyirlər, lakin məsələ hələ müzakirə olunur".

Bu barədə habelə prezident Vladimir Putinin Ankaraya səfərindən bir gün sonra məlumat verilmişdi. Ərdoğanla Putinin Ankara danışıqlarındakı mövzulardan bir də S-400 raket sistemləri idi. 

Bundan əvvəl, sentyabrın 25-də Türkiyə Müdafiə Sənayesi katibliyinin sözçüsü İsmail Demir S-400-lərin Türkiyəyə verilməsinin iki il müddətində reallaşacağını demişdi.

Moskva və Ankara Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit raket komleksinin (ZRK) satılması barədə kontraktı sentyabrın 12-də imzalamışdılar. Elə həmin gün Ərdoğan beh verildiyini elan etmişdi.

Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq xidməti mövzunun "həssalığı" səbəbilə kontraktın detallarına varmamışdı.

Türkiyənin Rusiyadan S-400 raket sistemləri almaq qərarı onun NATO üzrə müttəfiqlərini narahat və məyus etmişdi. Buna baxmayaraq, alyans Ankaranın bu hərəkətini qətiyyətlə pisləməmişdi.

Alyansın baş katibinin ictimai diplomatiya məsələləri üzrə milliyyətcə türk köməkçisi Tacan İldem bu kontrakt barədə danışarkən demişdi ki, nə NATO-nun, nə də Türkiyənin S-400-lərlə bağlı problemi yoxdur və NATO-Türkiyə müttəfiqliyi qüvvədə qalır.

Rusiya Təhlükəsizlik Problemləri Akademiyasının birinci vise-prezidenti Viktor Yesin deyib ki, zenit-raket kompleksinin daxili sistemlərinə girişin məhdudlaşdırılması ölkələrarası silah ticarətində adi praktikadır. O, əlavə edib ki, bu mənada Türkiyənin də problemi olmayacaq və S-400 ZRK üçün gələcəkdə lazım olan sazlama və təmir işlərini Rusiya ekspertləri həyata keçirəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© AP Photo / Burhan Ozbilici

Bununla belə, Yesin əlavə edib ki, praktik baxımdan S-400 sistemi texnologiyasının NATO-nun əlinə keçməyəcəyinə yüz faizli qarantiya yoxdur.

Yesin daha sonra bildirib: "Lakin bütün əsas sirlər qorunacaq. Belə silahları təkcə biz satmırıq. Amerikalılar da belə kompleksləri satırlar və onlar da bu avadanlığa belə öhdəliklər əlavə edirlər. Bu komplekslərin içində nə varsa və onların necə işləməsi sirr olaraq qalacaq. Türklərin buna dair heç bir məlumatları yoxdur".

S-400 "Triumf" hədəfləri 40 kilometrlik məsafədə aşkar edə bilir. Bu məsafədən onlar saniyədə 4, 8 metrədək sürətlə uçan aerodinamik hədəfləri məhv etməyə qabildir.

Bunlar qanadlı raket də ola bilər, strateji və taktiki aviasiyanın təyyarələri də.

Rusiyalı hərbi ekspert və "Arsenal oteçestva" jurnalının baş redaktoru Viktor Muraxovski gazeta.ru saytına deyib ki, S-400-lə müqayisəyə gələcək sistem bütün dünyada yoxdur. Onun sözlərinə görə, belə keyfiyyətlərə malik yeganə sistem ABŞ-ın "Patriot" raketləridir.

Lakin Patriot raketlərindən fərqli olaraq, S-400 yerdən cəmi 5 metr aralı olan obyektləri də vurur, halbuki "Patriot" antiraket sistemi üçün minimal yüksəklik 60 metrdir.

Hələ iyul ayında bir Türkiyə rəsmisi demişdi ki, Türkiyənin Rusiyadan aldığı raket qurğularında "dost-düşmən" sistemləri quraşdırılmayacaq və bu, onlardan istənilən hədəfə qarşı istifadə etmək imkanı verəcək.

Bloomberg-in yazdığına görə, Moskvadakı Strategiyalar və Texnologiyalar Mərkəzinin təhlilçisi Konstantin Makienko Rusiyanın "Vzqlyad" saytına demişdi ki, əgər türklər Rusiyanın raket müdafiəsi sistemlərini alsalar, S-400 "Türkiyə səmalarını Qərb təyyarələrinin üzünə bağlayacaq və bu, bütün silah bazarında tektonik təlatüm yaradacaq".

Türkiyə bundan əvvəl raket sistemləri və texnologiyalarını ABŞ, İtaliya və Fransadan da almağa cəhd göstərmişdi. Ankara bildirirdi ki, bahalığı bir yana, Türkiyəyə satılacaq Qərb silahlarına ciddi istifadə məhdudiyyətləri qoyulurdu.

Məsələn, bu raketlərin Ermənistan sərhədini, Egey dənizi sahilini və Yunanıstan sərhədini hədəfləməsinə blok qoyulurdu.

Türkiyə Moskva ilə S-400 sövdələşməsinə girməsinin səbəblərini bu məqamlarla izah edirdi. Lakin indi Rusiya mediasının yazdıqları təsdiq olunarsa, Ankaranın strateji istəklərinin yenə də yerinə yetmədiyi aydın olar.

Ankara hələ 2015-ci ildə ABŞ-dan Türkiyədəki "Patriot" raketlərini çıxarmamasını rica edirdi. Vaşinqton onların təkrar sazlanmaya ehtiyacı olduğunu bildirirdi.

"Patriot" raketləri hazırda heç də ABŞ-ın bütün müttəfiqlərinin cəbbəxanalarında yoxdur.

Hələlik "Patriot" yalnız 12 ölkənin arsenalına daxildir. Bunlar Hollandiya, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdir.

Bəzi təhlilçilərin fikrincə, Ərdoğan Rusiya və ABŞ arasında davam edən qarşıdurmadan bu kimi addımlarla siyasi mənfəət qazanmağa çalışır. Məqalədə deyilir ki, Türkiyənin NATO-ya bağlı hazırkı havadan müdafiə sistemləri Egey sahili boyunca və ya Ermənistana tərəf tuşlana bilmir.

Həbsxana
© Sputnik / Aleksey Filippov

Bu da xəbər verilir ki, hərbi hava qüvvələri qərargahının rəisi general David L.Goldfein də daxil olmaqla, ABŞ rəsmiləri bu həftə Ankaranın Rusiyadan S-400 sistemləri almasına qarşı lobbiçilik ediblər. Onlar həm də əmin olmaq istəyirdilər ki, Türkiyənin ABŞ-dan 100 ədəd F35A təyyarələrini alması barədə razılaşma qüvvədə qalır.

Ankaranın narahatlığını anlamaq olar. ABŞ Türkiyəni təhdid edəcək "kürd dövləti" qurmaq istəyir. Türkiyə bunu istəmir və bu planı özünə təhlükə hesab edir. Ona görə də ABŞ və Qərb kürdləri silahlandırır, onlara hər cür - diplomatik, informativ və s. yardımlar göstərir. Bunun əvəzində Türkiyə Qərbə ciddi etiraz edir və çalışır bu planı pozsun, regionda müstəqil, Qərblə razılaşdırılmamış siyasət aparsın. Bunun əvəzində ABŞ Türkiyə ilə hərbi əməkdaşlığı dayandırır və Ankaranı öz siyasətində dəyişiklik etməyə vadar edir. Türkiyə isə bunu qəbul eləmir, ABŞ –dan silah almayacağını bəyan edir və Rusiya silahı alır. Vaşinqton Ankaraya təzyiqlərini davam etdirsə, Türkiyə NATO-nun İncirlik bazası ətrafında Vaşinqtona problem yarada bilər...

9098
Nyu-Yorkda Google şirkətinin ofisi, arxiv şəkli

Kaliforniya Google əleyhinə araşdırmalara başlayıb

1
(Yenilənib 23:19 10.07.2020)
Araşdırmanın mahiyyəti açıqlanmasa da, bildirilir ki, o, 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil.

BAKI, 11 iyul — Sputnik. Kaliforniya hakimiyyəti antiinhisar qanunvericiliyi çərçivəsində Google şirkətinə qarşı araşdırmalara başlayıb. Bu barədə Politico nəşri Dövlət Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil. Beləliklə, şirkətin fəaliyyətini araşdırmayan yeganə ştat Alabamadır.

Hələlik dövlət hakimiyyətinin diqqətini Google-un fəaliyyətinin hansı aspektinin cəlb etdiyi məlum deyil. Kaliforniya Baş prokurorunun nümayəndəsi Ksavye Beserra şərh verməkdən imtina edib. Öz növbəsində, qurumun mətbuat katibi Sara Lovenhaym bildirib ki, prokurorluq istintaqın başlanmasını təsdiq və ya inkar etməyəcək.

Böyük həcmli antiinhisar araşdırmalarla tanınan Kaliforniyanın böyük şirkətlərin fəaliyyətini tənzimləyən öz qanunları var. Xüsusilə, Kartrayt Qanunu və ABŞ-ın Federal Antiinhisar Qanununa nisbətən daha geniş şəkildə şərh edilə bilən Vicdansız rəqabət Qanunu.

Bundan əlavə, önümüzdəki aylarda ABŞ Ədliyyə Nazirliyinin Google şirkətini məhkəməyə verməsi və rəqəmsal texnologiya bazarının inhisara məruz qalması barədə ittiham irəli sürülməsi gözlənilir.

2010-cu illərin əvvəllərində rəqəmsal nəhənglə bağlı araşdırma aparılıb. Sonra ABŞ Federal Ticarət Komissiyası şirkəti Google axtarış mühərriki vasitəsilə öz mallarının satışını təşviq etməkdə günahlandırıb, lakin sonra ittihamlar rədd edilib və cinayət işi bağlanıb.

Daha əvvəl Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini üçüncü tərəfin inkişafına təzyiq göstərməkdə və bazarı inhisarda saxlamaqda günahlandırıb.

1
Belinda Norton, arxiv şəkli

Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib

2
(Yenilənib 22:52 10.07.2020)
Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib.

BAKI, 11 iyul — Sputnik. Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib. Söhbət mətbəx rəflərini savadlı şəkildə ərzaqla təchiz etməkdən gedir.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 43 yaşlı müəllim Belinda Norton mətbəxdə səliqə-sahman yaratdıqdan sonra onun qida vərdişləri dəyişib və sağlamlığı yaxşılaşıb. "Biz gündə bufetin rəflərinə 50 dəfə baxırıq. Bu hərəkət eynilə reklamın etdiyi kimi gözlərimizə və mədəmizə təsir göstərir", - deyə Norton bildirib.

O əlavə edib ki, mətbəxdəki səliqə-sahman idman və ya pəhriz rejimindən dəfələrlə daha effektiv, həmçinin sürətli arıqlamağa kömək edir. O, şkafın rəflərinə məhsulları aşağıdakı şəkildə yerləşdirməyi məsləhət görür: kulinariyada, məsələn, qoz-fındıq, çia toxumu və ədviyyat kimi tez-tez istifadə edilən və ən faydalı ərzağı ən görkəmli yerə yığmaq lazımdır. Aşağı rəflərə isə o, mühüm olmayan məhsulları — taxıl mənşəliləri, paxlalıları və makaronu yerləşdirir.

"Mənim əsas sirrim göz qabağında üzvi qidaları saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuzda, düzgün seçim etmək ehtimalı daha çox olur", - avstraliyalı deyir.

Beləliklə, arıqlamaq üçün faydalı olan məhsullar həmişə Nortonun əlinin altında olur: sürətli hazırlanan yulaf lopaları, çətənə toxumu, günəbaxan və balqabaq (salatlar üçün əlavələr), düyü siropu, badam, kakao tozu və kokos yağı.

Uşaqlar üçün faydalı qəlyanaltılar valideynləri gözləmədən qəlyanaltı etmələri üçün aşağı rəflərdə saxlanılır. Norton qeyd edir ki, "mətbəx şkaflarındakı səliqə-sahman sizin sağlamlığınız və əmin-amanlığınız üçün çox vacibdir". "Bu, bizə ancaq lazım olan şeyləri almağa və pula qənaət etməyə yardım edir. Həmçinin bu, düzgün qərarların qəbul edilməsinə imkan yaradır və qidanın hazırlanmasında vaxta qənaət edir", - Norton bildirib.

Əvvəllər Avstraliyadan olan bir dietoloq arıqlamağın və çəkini lazımi səviyyədə saxlamağın altı sirrini açıqlamışdı. O, stressdən uzaq durmağı, daha çox salat və ya tərəvəz yeməyi, istehlak edilən yarımfabrikatların miqdarını azaltmağı məsləhət görürdü. O, həmçinin daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi, şüurlu yeməyi tövsiyə edirdi.

2
Əlaqədar
Belə "əfsanə" heç bir kişinin, heç Lenqli xəfiyyələrinin də ağlına gəlməzdi
Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı
Qəhvə necə arıqladır - alimlərdən yeni təcrübə