SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Türkiyəni yenidən təhdid edir

© AP Photo / Vadim SavitskyЗенитно-ракетный комплекс С-400 "Триумф"
Зенитно-ракетный комплекс С-400 Триумф - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon sözçüsü: "Türkiyənin S-400 alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlığı üçün ağır nəticələr doğuracaq"

BAKI, 5 mart — Sputnik. ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün Rusiyadan S-400 alan Türkiyəni bir daha təhdid edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, S-400-lərin Türkiyəyə təhvil verilmə tarixi yaxınlaşır.

Anakaranın bir görünüşü - Sputnik Azərbaycan
SİYASƏT
Türkiyə ABŞ və Avropa ölkələrinin qorxduğu qərarı verə bilər

Türkiyəni hədəf alan ABŞ hökuməti yeni bir açıqlama verib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib ki, məsələ ilə bağlı Türkiyəyə xəbərdarlıq ediblər: "Rusiyadan S-400 almağın Vaşinqton ilə Ankara arasında əməkdaşlıq üçün mühüm nəticələri olacağı ilə bağlı Türkiyəni xəbərdar etmişik. Türkiyənin hava müdafiə sistemini möhkəmləndirmək istəyini anlayırıq, ancaq Türkiyənin S-400 alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlıq üçün ağır nəticələr doğuracaq".

Pentaqon sözçüsü deyib ki, müdafiə ehtiyaclarının ödənilməsi üçün Türkiyənin daha uyğun alternativlər tapmasına yardımçı olmaq üçün çalışırlar: "Amma, eyni zamanda S-400 almasının geniş nəticələri olacağı barədə də xəbərdarlıq edirik. Bu barədə açıq dialoqu davam etdiririk və daha əvvəl mühüm müdafiə sistemlərinin alınmasının NATO çərçivəsində uyğunluğun təmin olunmasının vacibliyini vurğulamışdıq".

Digər tərəfdən, Qətərin xarici işlər naziri Məhəmməd bin-Əbdürrəhman əl-Sani rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb və S-400 ala biləcəkləri işarəsini verib: "Rusyadan bəzi hərbi avadanlıqları almaq üçün danışıqlar davam edir. S-400 sistemi haqqında hələ qərar verilmədi".

"Qətərin Rusiyadan və ya başqa hər hansı bir ölkədən aldığı silahlar Səudiyyə Ərəbistanı və digər ölkələri maraqlandırmamalıdır. Bu qərar Qətər dövlətinin verəcəyi bir qərardır" - deyə qətərli nazir vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Baltik Dənizinə sahili olan və ölkənin ən qərbindəki Kalininqrad şəhərinə S-400 hava müdafiə sistemlərinin qurulduğunu açıqlayıb.

 

Xəbər lenti
0