ABŞ prezidenti Donald Tramp

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

18
(Yenilənib 00:36 05.03.2019)
Tramp sanksiyaların vaxtını daha 1 il müddətinə uzatdı

BAKI, 5 mart - Sputnik. ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

İzahedici qeyddə bildirilir ki, Rusiyanın regiondakı hərəkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına fövqəladə dərəcədə təhlükə yaradır.

18