Rio de Janeyroda İsa Məsihin heykəli

Göy üzündə İsa Məsihin silueti yarandı - FOTO

71
(Yenilənib 21:08 04.03.2019)
Fotoqraf jurnalistlərə bildirib ki, o adətən öz çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşmır

BAKI, 5 mart — Sputnik. İtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə italyanları qorxutmaqla yanaşı, eyni zamanda təəccübləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, göy üzündə işıqdan İsa Məsihin silueti yaranıb. Məlumata görə, qeyri adi foto yerli fotoqraf Alfredo Lo Brutto tərəfindən Aqropoli şəhərində çəkilib.

İtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə
İtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə

Fotoqraf jurnalistlərə bildirib ki, o adətən öz çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşmır. Ancaq bu dəfə o gözəl fotonu hamıya açıq şəkildə paylaşmağa qərar verib. Şahidlərin və Bruttonun sözlərinə görə, göy üzündə Rio-de-Janeyrodakı məşhur heykəldə təcəssüm edilmiş xilaskarı xatırladan nəhəng insan silueti yaranıb.

71