The Prodigy qrupunun solisti Kit Flint

Məşhur qrupun solisti intihar edib

52
(Yenilənib 20:58 04.03.2019)
Bu barədə qrupun rəsmi "Instagram" hesabında məlumat verilib

BAKI, 5 mart — Sputnik. Məşhur musiqiçi Kit Flint 49 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “The Prodigy” qrupunun solisti Kit Flint İngiltərədəki evində ölü tapılıb.

Martin Solveyq
© AP Photo / Francois Mori

Öncə onun ölümündə hər hansı bir şübhəli məqam olmadığı bildirilsə də, sonradan vokalçının intihar etdiyi məlum olub. Bu barədə qrupun rəsmi "Instagram" hesabında məlumat verilib.

"Həftəsonu qardaşımız Kit həyatına son qoydu. Şokdayıq, çox qəzəbliyik, ürəklərimiz qırılıb" – məlumatda deyilir.

Kit Flint ötən əsrin 90-cı illərində rəqs musiqisinin yaradıcılarından biri olub. O, Liam Hualetta və Lir Tornhill ilə birgə "The Prodigy" qrupunu yaradıb.

Flint əvvəlcə karyerasını rəqqas kimi başlayıb, lakin 1996-cı ildə özünü vokalçı kimi sınayıb və qrupun özünəməxssus rəmzinə çevrilib.

Qeyd edək ki, Kit Flint “Berathe”, “Serial Thrilla” və “Fuel My Fire” ifalarında vokalistliyi ilə çox məşhurluq qazanıb.

52
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

İstanbul polisi "Montrö məktubuna" imza atmış admiralların evində axtarışa başladı

2
(Yenilənib 11:05 16.04.2021)
Ankara Baş Prokurorluğu 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

BAKI, 16 aprel — Sputnik. İstanbul Polisi Montrö Konvensiyası barədə açıq məktuba imza atmış istefada olan admirallardan yeddisinin evində axtarışa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Baş Prokurorluğu isə admiralların bəyannaməsi ilə bağlı 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin 104 istefada olan admiralı bəyannamə dərc edərək Montrö Konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək və Bosfor boğazına paralel olacaq "İstanbul" kanalı layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar da öz əksini tapıb.

Aprel ayının 5-də isə Türkiyə polisi Montrö Konvensiyasını dəstəkləyən bəyannaməyə imza atmış bir qrup istefada olan admiralı həbs edib.

2
İndianapolis

İndianapolisdə atışma olub, çoxlu sayda yaralılar var

2
(Yenilənib 10:37 16.04.2021)
Hadisə nəticəsində xəsarət alanların dəqiq sayı hələ məlum deyil. İlkin məlumatlara görə, hadisəni törədən şəxs intihar edib.

BAKI, 16 aprel — Sputnik. FedEx logistika şirkətinin ABŞ-ın İndianapolis ştatındakı binasında atışma baş verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində çoxlu insan yaralanıb.

Hadisə barədə siqnal polisə yerli vaxtla saat 23.00-da (Bakı vaxtı ilə 07.00) daxil olub.

Yerli KİV-lərin məlumatına görə, FedEx şirkətinin binası İndianapolis beynəlxalq hava limanının yaxınlığında yerləşir. Hadisə nəticəsində xəsarət alanların dəqiq sayı hələ məlum deyil. İlkin məlumatlara görə, hadisəni törədən şəxs intihar edib.

2
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi

Abşeronda faciə: İtləri güllələyərkən yeniyetməni öldürdü

0
(Yenilənib 11:11 16.04.2021)
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 16 aprel — Sputnik. Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb. O, aprelin 15-də xəstəxanada keçinib.

Bu barədə Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkənin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
Abşeron, güllələmə, sahibsiz itlər, yeniyetmə, qətl