Belçikalılarla fransızlar arasında toqquşma baş verib

© AFP 2023 / MEHDI FEDOUACH Протестующий держит свою собаку во время антиправительственной демонстрации под названием "Жёлтые жилеты"
 Протестующий держит свою собаку во время антиправительственной демонстрации под названием Жёлтые жилеты - Sputnik Azərbaycan
Abunə olmaq
Fransada 3 minədək üsyançı etiraz etdi

BAKI, 4 mart — Sputnik. Belçikalı "sarı jiletli"lərlə fransız polisi arasında mübahisə yaranıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, belçikalı "sarı jiletli"lər Fransanın Lille şəhərinə gedərək üsyançılara dəstək nümayiş etdiriblər.

Gərginliyin artması fonunda isə Fransa polisi ilə belçikalılar arasında qarşıdurma yaranıb. Nəticədə polis üsyançılardan birini yerə yıxıb, digər polislər isə yerə yıxılan üsyançını təpikləyib.

Bundan başqa, onlar Belçikanın Brüssel və digər şəhərlərində də üsyançılara dəstək nümayiş etdiriblər. Fransadakı üsyanda Belçika bayrağının dalğalandırılması da diqqət çəkib.

Qeyd edək ki, son üsyana 3 minədək etirazçı qatılmışdı.

Xəbər lenti
0