Alabama ştatında baş vermiş tornado

Superdövlətdə fəlakət yaşanır, ölənlərin sayı artmaqdadır - VİDEO

236
(Yenilənib 10:56 04.03.2019)
Fəlakət nəticəsində 10 mindən çox mənzil elektrik enerjisiz qalıb

BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatların Alabama ştatında güclü tornado baş verib. Sputnik Azərbaycan "Associated Press"-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 22 nəfər həyatını itirib.

Məlumatı dairənin şerifi Li Cey Cons təsdiqləyib. Onun sözlərinə görə, fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Qaranlığın düşməsi ilə bağlı xilasetmə işləri dayandırılıb. Fəlakət nəticəsində 10 mindən çox mənzil elektrik enerjisiz qalıb.

236
Teqlər:
insan, fəlakət, ABŞ
Əlaqədar
Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı artır
Rusiya sahillərində böyük fəlakət yaşanır, ölənlər və yaralananlar var
ABŞ dəhşətli fəlakətlə üz-üzə - 200 min insan ölümlə oynayır