Arxeoloji qazıntı

Min illərin ölümsüzlük iksiri tapılıb

101
(Yenilənib 18:24 02.03.2019)
Qədim Çində bu inqridentlərin insan ömrünü uzatdığı hesab edilirdi

BAKI, 3 mart — Sputnik. Çində arxeoloqlar içində məhlul olan bürünc küzə tapıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar bizim eramızdan əvvəl 202-ci il – bizim eranın 8-ci illərində hökmran olan Qərb Xan xanədanlığına aid tapıntını "ölümsüzlük iksiri" adlandırıblar.

Küzə Xenan əyalətinin Loyan şəhərində antik məzarlıqda qazıntılar zamanı tapılıb. Küzədə 3,5 litr miqdarında içki olub. Laboratoriya təhlillərinə görə, məhlulun tərkibi kalium nitrat və alunitdən ibarətdir.

Qədim Çində bu inqridentlərin insan ömrünü uzatdığı hesab edilirdi.

"Bu əfsanəvi tapıntı ölkəmizdə ilk dəfə aşkar edilib. Kəşf qədim metodları öyrənmək üçün çox əhəmiyyətlidir" – deyə Loyan Şi Tsiaçhen şəhərinin Mədəni İrs və Arxeologiya İnstitutunun rəhbəri bildirib.

Mütəxəssisin sözlərinə görə, fakt Çin sivilizasiyanın təkamülü və xronologiyası ilə əlaqəli elmi problemlərin həlli üçün əhəmiyyətlidir.

Tədqiqatçılar həmçinin keramik türbədə nifrit və mis maddələrdən hazırlanmış məhsullar tapıblar.

Ancaq hələlik 210 kvadratmetrlik bir ərazidə olan bir qəbirdə dəfn edilmiş adamın kim olduğu müəyyən edilməyib. Unikal tapıntılar göstərir ki, o, qədim Çində aristokrat təbəqənin nümayəndəsidir.

101