Moskvada təcili tibbi yardım maşını

Rusiyada ağır qəza: 8 məktəbli xəstəxanalıq oldu

63
(Yenilənib 23:18 02.03.2019)
Yaralananlar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Uşaqların 13-15 yaşları olduğu bildirilir.

BAKI, 2 mart - Sputnik. Rusiyanın Tula vilayətində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla məlumatına görə, xəsarət alanlardan səkkizi uşaq, ikisi isə böyükdür. Avtobus yolsuzluq avtomobili ilə toqquşduqdan sonra dərəyə aşıb.

Yaralananlar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Uşaqların 13-15 yaşları olduğu bildirilir. Bütün uşaqlar təhlükəsizlik kəməri taxdıqlarından, ağır zədə alan olmayıb.

İlkin məlumata görə, məktəblilər xizəksürmə yarışından qayıdırlarmış.

63