Yanğınsöndürənlər hadisə yerində, arxiv şəkli

Yanacaq borusu partladı, onlarla insan yox oldu

99
(Yenilənib 17:54 02.03.2019)
Nigeriya rəhbərliyinin məlumatına görə, partlayış ərazisində izdiham var

BAKI, 2 mart — Sputnik. Nigeriyanın cənubunda yanacaq borusu partlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, partlamaya sızıntı səbəb olub. Hadisə zamanı 50-dən çox insan itkin düşüb. Nigeriya rəhbərliyinin məlumatına görə, partlayış ərazisində izdiham var.

Yerli KİV-in məlumatına görə, partlayış yerli saatla 04.00-da Nembe bölgəsində meydana gəlib.

"Nembe Creek Trunk" xəttində yanacaq sızıntısından sonra təmir işləri aparılan zaman partlayış baş verib. Partlayış zamanı 6 yaşayış sahəsinə zərər dəyib.

Ölkə rəhbərliyi ərazidə olan təmiz su qaynaqlarına sızıntı ola biləcəyi barədə xəbərdarlıq edib. Yerli əhalinin diqqətli olması məsləhət görülüb.

99