Şimali Koreyanın lideri Kim Çen In qatara minərkən əl yelləyir

Trampın “dostuna” qarşı üsyan başladı

56
(Yenilənib 17:46 02.03.2019)
Qrup Kim Çen Inın yaxın qohumu Kim Han Solun qoruyucusu olduqlarını da qeyd edib

BAKI, 2 mart — Sputnik. Venesuelada Milli Məclis rəhbəri Guaydonun özünü müvəqqəti dövlət rəhbəri elan etməsindən sonra Şimali Koreyada da bir qrup şəxs Kim Çen Ina qarşı hərəkətə keçib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ lideri Donald Trampla Vyetnamda görüşən Kim Çen In ölkəsinə qayıtmağa hazırlaşdığı ərəfədə "Çeolimma Vətəndaş Müdafiəsi Təşkilatı" (CCD) özünü Şimali Koreyanın müvəqqəti hökuməti elan edib.

Şimali Koreyada onlara sığınan insanlara yardım edən təşkilat əsas məqsədlərinin "böyük pislik" adını verdikləri Şimali Koreyada mövcud rejimi dağıtmaq olduğunu bəyan edib. Cümə günü təşkilat internet saytında Koreya və ingilis dilində məlumat yayımlayaraq, özünü ölkənin qanuni müvəqqəti hökuməti elan edib. Qrup həmçinin Kim Çen Inın yaxın qohumu Kim Han Solun qoruyucusu olduqlarını da qeyd edib.

Məlumat üzü gizlədilmiş qadın tərəfindən oxunub.

"Biz özümüzü insan ruhuna bulaşmış böyük pisliyi tamamən dağıtmağa həsr etdik. Biz Pxenyana tamamilə geri dönənə qədər mübarizəmizi davam etdirəcəyik. Koreya müstəqil olmalıdır və olacaq. Ayağa qalx, köləliyi rədd edən ayağa qalx", – deyə açıqlamada bildirilib.

56