Türk polisi

Türkiyədə 30 min polis əməliyyat keçirdi, minlərlə tutulan var

70
(Yenilənib 13:10 02.03.2019)
30 mindən çox polis 6688 məkanda axtarış keçirib

BAKI, 2 mart — Sputnik. Türkiyədə polis, jandarma və sahil təhlükəsizlik qruplarının keçirdiyi "Axtarışda olan şəxslər əməliyyatları" adlı əməliyyat zamanı eyni zamanda 2612 nəfər həbs edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatlar zamanı 4327 qrupda birləşən 30 mindən çox polis 6688 məkanda axtarış keçirib.

Əməliyyatlar zamanı barələrində 2 ilə qədər həbs cəzası çıxarılan və axtarışda olan 725 nəfər, 5 ilə qədər həbs cəzası ilə axtarışda olan 346 nəfər, 10 ilə qədər həbs cəzası ilə axtarışda olan 111 nəfər, 20 ilə qədər həbs cəzası ilə axtarışda olan 6 nəfər, həbs edilmə qərarı ilə axtarışda olan 1 398 nəfər, ümumilikdə isə 2 612 nəfər saxlanılıb.

Saxlanılan şəxslər arasında adam öldürmə cinayəti ilə 36, oğurluq maddəsi ilə 294, yaralama maddəsi ilə 351, cinsi zorakılıq maddəsi ilə 62, soyğunçuluq maddəsi ilə 49, dələduzluq maddəsi ilə 90, narkotik maddələrin satışı maddəsi ilə 86, FETO\PYD təşkilatına üzv olma maddəsi ilə 7 nəfərin olduğu müəyyən edilib.

Eyni zamanda həyata keçirilən əməliyyatlar zamanı 2 ədəd qanunsuz tapança, 11 ədəd ov tüfəngi, 123 ədəd mərmi, 1 ədəd maket tapança və 217 qram narkotik aşkar edilib.

70