Üsəma Bin Laden

Səudiyyə Ərəbistanından bin Ladenlə bağlı gözlənilməz qərar

51
(Yenilənib 13:07 02.03.2019)
Bir neçə gün öncə ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar mükafat qoyub

BAKI, 2 mart — Sputnik. Səudiyyə Ərəbistanı Əl-Qaidənin yaradıcılarından olan Üsəma Bin Ladenin oğlu Həmzə Bin Ladeni vətəndaşlıqdan çıxarıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın "Ukaz" qəzetinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Həmzə Bin Ladenin vətəndaşlığının ləğv edilməsi barədə qərarı krallıq tərəfindən qəbul edilib. Xəbərdə həmçinin qeyd edilib ki, vətəndaşlığın ləğv edilməsi qərarı krallığın rəsmi qəzeti "Ümmül Kurada"da yer alıb.

Həmzə Bin Laden
© AFP 2019 /
Həmzə Bin Laden

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar mükafat qoyub.

ABŞ Xarici İşlər Nazirliyi bu mükafatla bağlı verdiyi açıqlamada Həmzə Bin Ladenin Əl-Qaidə təşkilatı daxilində lider olduğunu, 2015-ci ildən bu günə qədər təşkilat terrorçularını ABŞ hərbi bazalarına hücum etməyə təşviq edən videolar çəkdiyini və 2011-ci ildə öldürülən atası Üsəma Bin Ladenin intiqamını almağa çalışdığını qeyd edib.

51