PKK üzvləri, arxiv şəkli

ABŞ yenidən PKK-nı terror təşkilatı elan etdi

71
(Yenilənib 10:19 02.03.2019)
Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.

BAKI, 2 mart — Sputnik. Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir.

Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.

Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.

PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.

71