ABŞ dəhşətli fəlakətlə üz-üzə - 200 min insan ölümlə oynayır

© AFP 2023 / DAVID MCNEWKaliforniyada oyanmaqda olan vulkan
Kaliforniyada oyanmaqda olan vulkan - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşayış üçün təhlükəli hesab edilən 7 rayon müəyyən edilib

BAKI, 28 fevral — Sputnik. ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri müəyyən ediblər ki, Kaliforniyada yerləşən 7 aktiv vulkanda nəhəng püskürmə baş verəcəyi təqdirdə 200 min insan ölümlə üz-üzə qala bilər.

Agung vulkanı - Sputnik Azərbaycan
Yer üzünü daha bir vulkan təhlükəsi alıb

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, araşdırmaçıların fikrincə, son min ildə ştatda 10-a yaxın püskürmə baş verib. Bu da gələcəkdə dəhşətli fəlakətləri qaçılmaz edir.

Geoloqlar daha həssas rayonların xəritəsini hazırlayıb. Ən təhlükəli ərazilər 103 min insanın yaşadığı Şasta vulkanın ətrafı, 63,5 min insanın yaşadığı Lonq-Valli vulkanının ətrafı, 18 min insanın yaşadığı Klir Leyk vulkanı ətrafı və 10 min insanın yaşadığı Lassena vulkan ətrafı hesab edilib. Ümumilikdə isə yaşayış üçün təhlükəli hesab edilən 7 rayon müəyyən edilib.

Son 5 min ildə olan vulkanik aktivlik nəzərə alınaraq, gələcək 30 ildə 16 faiz püskürmə ehtimalı olduğu bildirilir. Alimlərin fikrincə, yüksək fəlakət riski olmasına baxmayaraq, təhlükə məmurlar tərəfindən ciddi qəbul edilmir.

Xəbər lenti
0