Donald Tramp və Kim Çen In

İkinci tarixi Tramp-Kim Çen In görüşü başladı

85
(Yenilənib 16:06 27.02.2019)
Tramp görüşdən qabaq bəyan edib ki, Kim Çen Inla sammit "olduqca uğurlu" olmalıdır

BAKI, 27 fevral — Sputnik. Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci tarixi görüş başlayıb.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Trampın Kim Çen In ilə 20 dəqiqə ərzində təkbətək görüş keçirəcəyi gözlənilir.

Onlar eyni zamanda, onlar "Sofitel Legend Metropole" hotelində iki saata yaxın müddətdə birlikdə olacaqlar.

Tramp görüşdən qabaq bəyan edib ki, Kim Çen Inla sammit "olduqca uğurlu" olmalıdır.

Kim Çen isə öz növbəsində bəyan edib ki, ümid edir ki, Trampla görüşün nəticələri hamını qane edəcək.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.

85
Əlaqədar
Administrasiya Tramp və Kim Çen In üçün görüş yeri axtarır
Tramp Kim Çen Inla görüş üçün yer təklif edib
Trampla Kim Çen Inın ikinci görüşünün vaxtı açıqlanıb
Tramp və Kim Çen Inın görüş tarixi və yeri bilindi
Almaniyada polis, arxiv şəkli

Ox-yayla silahlanmış kişi dörd polisi tapançasız qoydu

2
Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib

BAKI, 12 iyul — Sputnik. Almaniyada bu gün qəribə hadisə yaşanıb. Günün ikinci yarısında Oppenau şəhərində polis geniş əməliyyatına başlayıb.

Sputnik Azərbaycan Baden Online-a istinadən bildirir ki, 100-dən çox polis və bir neçə patrul maşını 31 yaşlı kişini axtarırlar. Üç polis helikopteri də axtarışa cəlb edilib.

Məlum olub ki, yerli vaxtla 9:30-da dörd polis nəfəri meşədəki daxmada ox-yayla silahlanmış adam görüb. O, əvvəlcə özünü adekvat aparırmış, sonra isə qəfildən tapança çıxararaq polislərə doğru yönəldib. Polislər qəfil hərəkətdən çaşıblar, kişi isə onların hamısının silahlarını alaraq meşəyə qaçıb.

​Mittelbadische Press nəşri yazıb ki, şübhəli şəxs meşədə yaşayır. Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib.

​Axtarışlarda istilik kamerasının da istifadə olunmasına rəğmən şübhəli hələ də tutulmayıb.

 

2
Həkim, arxiv şəkli

Həkimlərin təşkilatına ittiham: irqçidirlər

1
(Yenilənib 22:52 12.07.2020)
“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

BAKI, 12 iyul — Sputnik. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının minədək sabiq və hazırkı əməkdaşı açıq məktub yazaraq təşkilatı institusional irqçilikdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Məktubda deyilir ki, “Sərhədsiz həkimlər”in rəhbərliyi korporativ mədəniyyətin, işə qəbul təcrübəsinin və “kiçik qrup imtiyazlı ağ adamların rəhbərlik etdiyi qeyri-insani proqramların” dəstəklədiyi irqçiliyin miqyasını dərk etmir.   

Məktuba imza atanlar təşkilatda müstəqil araşdırma aparılmasına, eləcə də “dəyişilməz rəhbərlik və paternalizmi” aradan qaldıracaq islahatların edilməsinə çağırırlar.

Bundan başqa, iradların sırasında təşkilatın iyerarxik quruluşu və bütün idarəçiliyin qərb ölkələrinin əlində olması yer alır.

Belə ki, 2019-cu ildə təşkilatda 65 min əməkdaş çalışırmış, bunların 90%-i isə təşkilatın işlədiyi zonalardakı lokal heyət olub. Bütün idarəçilər isə həmin dövrdə qərb ölkələrində olublar.

“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

1
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
BMT baş katibi Antonio Quterreş videomüraciət yayıb