Melburda məhkəmə zalından çıxan Kardinal Corc Pell

Katolik kilsəsinin nüfuzuna böyük zərbə

325
(Yenilənib 21:38 26.02.2019)
Vatikanın Xəzinədarlığı vəzifəsini həyata keçirən Pellin necə cəzalandırılacağı gələn həftə açıqlanacaq.

BAKI, 27 fevral — Sputnik. Avstraliyada cinsi təcavüz iddiaları səbəbi ilə mühakimə edilən və günahkar sayılan kardinal Corc Pell bu cinayətə görə cəzalandırılan ən yüksək rütbəli katolik kilsəsi mənsubudur.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kardinal Pell 1996-cı ildə Melburn kafedral kilsəsinin xorunda olan iki uşağa təcavüz etməkdə günahlandırılır. Hakimlərin səs çoxluğu ilə günahkar hesab edilən 77 yaşlı din xadimi isə iddiaları rədd edir.

Məhkəmə prosesinə qədər Papadan sonra dünyada rütbəcə üçüncü katolik din xadimi olan Pell zaminlə azadlığa çıxmışdı.

Vatikanın xəzinədarı vəzifəsini həyata keçirən Pellin necə cəzalandırılacağı gələn həftə açıqlanacaq.

325