İqor Malaşenko

Prezidentliyə namizədin qərargahının rəhbərinin ölümü müəmma olaraq qalır

34
(Yenilənib 18:14 26.02.2019)
Malaşenko NTV teleşirkətinin təsisçilərindən olub

BAKI, 27 fevral — Sputnik. İspaniyada rusiyalı mediamenecer İqor Malaşenkonun ölümündən sonra cinayət işi başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Malaşenkonun Kseniya Sobçakın seçki qərargahı üzrə eks həmkarı Timur Valeyev məlumat verib.

"Əgər iş ispan polisi tərəfindən aparılsa, vida və dəfn mərasimi yubadılacaq"- deyə o qeyd edib.

Valeyevin sözlərinə görə, Malaşenkonun həyat yoldaşı Bojenka Rınska gecə İspaniyaya gedib və artıq polislə danışıb.

"Hazırda vəziyyət intihar olduğunu göstərir. Ancaq digər versiyalar da istisna edilmir"- İspaniya Mülki Mühafizə Xidmətinin sözçüsü deyib.

Rusiya mətbuatının məlumatına görə, Malaşenko intihar edib. Teleaparıcı Kseniya Sobçak öz "Teleqram" kanalında intihardan söhbət getdiyini bildirib.

Fevralın ortalarında Bojena Rınska yazmışdı ki, həyat yoldaşı xəstəxanadadır və o nevroloji baxımdan uzun müddət müayinə edilməlidir. Onun sözlərinə görə, buna Malaşenkonun birinci həyat yoldaşı Yelena ilə qalmaqallı boşanması səbəb olub.

Qeyd edək ki, Malaşenko Rusiyanın NTV teleşirkətinin təsisçilərindən olub.

1996-cı ildə o ilk Rusiya prezidenti Boris Yeltsinin seçki kompaniyasına rəhbərlik edib. 22 il sonra Sobçakın qərargahına rəhbərlik edib.

34
Əlaqədar
"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub
Hacıqabulda inanılmaz ailə dramı – Ər və arvad övlada görə intihar etdi
Polis və prokurorluq ağır qətl hadisəsinin izinə düşüb
Yevlaxda 3 uşaq atası intihar edib