Serj Sarqsyan

Ohanyan Sarqsyana qarşı ifadə verdi, sonra isə...

199
(Yenilənib 13:22 26.02.2019)
Sarqsyan dindirilmə zamanı onun tərəfindən belə bir göstərişin olmadığını, lakin baş verənlərdən xəbərdar olduğunu deyib

BAKI, 26 fevral — Sputnik. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan istintaq prosesində sabiq prezident Serj Sarqsyana qarşı ifadə verib, lakin sonradan ifadələrindən imtina edib. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, söhbət bir neçə il əvvəl qatar relslərinin satışı ilə bağlı hadisədən gedir. Syunik vilayəti Meqri (Meğri) rayonunda relslərin satılması ilə bağlı cinayət işi başladılıb. Bu cinayət işi çərçivəsində Ohanyan dindirilib.

Nəşr yazır ki, Ohanyan ifadəsində satışın Serj Sarqsyanın göstərişi ilə həyata keçirildiyini deyib. Lakin sonradan sabiq prezidentlə üz-üzə gətirildiyi zaman Ohanyan özünü narahat hiss edib və öz sözlərini təsdiqləyə bilməyib.

Sarqsyan özü isə dindirilmə zamanı onun tərəfindən belə bir göstərişin olmadığını, lakin baş verənlərdən xəbərdar olduğunu deyib. Bildirib ki, relslərin satışından əldə olunan vəsait hesabına Ermənistan ordusu üçün silah alınıb.

199
Teqlər:
Serj Sarqsyan, prezident, Seyran Ohanyan, müdafiə naziri, Ermənistan
Əlaqədar
“Suriya erməniləri işğal olunmuş ərazilərə köçürülür”
Hacıyev: “Ermənistanın iddiaları danışıqlara xələl gətirir”
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır