Peyk, arxiv şəkli

ABŞ, Rusiya, yoxsa Çin Rəqəmlər açıqlandı

39
(Yenilənib 22:19 25.02.2019)
Statistikada 1957 peykdən yalnız 302-nin hərbi məqsədlər üçün istifadə edildiyi açıqlanıb

BAKI, 26 fevral — Sputnik. Dünyada ABŞ-ın ən çox peykə sahib ölkə olduğu məlum olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ-ın "The Union of Concerned Scientists" müdafiə təşkilatı maraqlı statistika paylaşıb. Məlumatlara görə, ABŞ 830 peyk ilə dünyanın ən çox peykə sahib olan ölkəsidir. Çin 280 peyki ilə ikinci sırada yer alıb. Rusiya isə 147 peyki ilə üçüncü sırada dayanıb.

Statistikada 1957 peykdən yalnız 302-nin hərbi məqsədlər üçün istifadə edildiyi açıqlanıb. 1957 peykdən 846-sı ticari məqsədlər üçün istifadə edilir.

39