Qadın ölümdən son anda xilas oldu – VİDEO

© pixabay / SkeezeYanğınsöndürən, arxiv şəkli
Yanğınsöndürən, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçmaq üçün bütün imkanları tükənən qadın həyatını xilas etmək üçün yarıçılpaq vəziyyətdə pəncərəyə çıxaraq, oradan sallanıb

BAKI, 26 fevral — Sputnik. Çində yanan binada inanılmaz anlar yaşanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayan qadın mənzilinin yandığını görüb. Qaçmaq üçün bütün imkanları tükənən qadın həyatını xilas etmək üçün yarıçılpaq vəziyyətdə pəncərəyə çıxaraq, oradan sallanıb. Az sonra qadının dadına yetişən yanğınsöndürənlər mənzildəki alovu ram edərək, qadını xilas edə biliblər.

Şahidlər baş verənləri telefon kamerası ilə qeydə alıblar.

Qadın jurnalistlərə açıqlamasında bildirib ki, evdə diri-diri yanıb tanınmaz hala düşməkdənsə, pəncərəyə çıxmağı üstün tutub.

Xəbər lenti
0