Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı və Cənubi Kipr lideri Nikos Anastasiadis

Kipr liderləri arasında gizli görüş Türkiyəni arxadan vuracaqlar

99
(Yenilənib 20:00 25.02.2019)
Görüşün əsas müzakirə mövzusu Şimali Kipr Türkiyə Cümhuriyyətinin Avropa İttifaqına qəbul olunmasıdır

BAKI, 26 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyənin beynəlxalq hüquqa əsaslanaraq Aralıq dənizində apardığı neft və qaz axtarışlarından narahatdır.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Avropa İttifaqı zəngin yeraltı resurslarına malik olan Aralıq dənizindəki enerji qaynaqlarını ələ keçirmək üçün hərəkətə keçib.

Aİ-nin yeni oyun mərkəzi Şimali Kipr Türkiyə Cümhuriyyətidir (ŞKTC). Oyunun detalları Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı ilə Cənubi Kipr lideri Nikos Anastasiadis arasında baş tutacaq rəsmi olmayan bir görüşdə müzakirə olunacaq. Görüşün əsas müzakirə mövzusu isə Şimali Kipr Türkiyə Cümhuriyyətinin də Aİ-yə qəbul olunmasıdır. Plana görə, Türkiyə ŞKTC-nın qarantiya rolunda çıxış etməsini dayandırır və hərbçilərini buradan çıxardır. Bundan sonra isə Kipr Federasiyası yaradılır və Kiprin Türkiyə hissəsi də Aİ-yə qəbul edilir.

Bu hiyləgər planla Şimali Kiprinin tamamilə ortadan qalxması, Türkiyənin buradan uzaqlaşdırılması və Kiprin ətrafında olan bütün qaz və neft ehtiyatlarının Yunanıstan üzərindən Avropaya təhlükəsiz çatdırılmasının mümkün hala gətirilməsi məqsədi güdülür. Aİ-nin sözügedən həmləsi enerjidə Türkiyədən olan asılılığını azaldacağı kimi, Şimali Kiprin müstəqilliyinə son verəcək və Türkiyəni buradan uzaqlaşdırmış olacaq.

Aİ-nin planının lehinə dəstək verən Akıncı ilə Şimali Kipr Məclisində müxalifət millət vəkilləri arasında siyasi bir böhranın baş verməsi ehtimalı da var. Çünki prezident Akıncı bu siyasətdə israr edərsə, Məclisin onu təmsilçilik vəzifəsindən ala biləcəyi də müzakirə edilir.

Digər tərəfdən, İsrail və Misir də Aralıq dənizdəki enerji mənbələri üçün Türkiyəyə qarşı fəaliyyətini davam etdirir.

99