ABŞ-a məxsus avtomobil karvanı Suriyaya daxil olub

© AP Photo / Hussein MallaАмериканские солдаты в Сирии, фото из архива
Американские солдаты в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyanın Qamışlı rayonuna gələn avtomobillərin hamısının üstü qapalı olub

BAKI, 25 fevral — Sputnik. ABŞ-a məxsus 250 avtomobildən ibarət karvan dünən gecə İraqdan Suriyaya girib. Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, İraqdan Suriyanın Qamışlı rayonuna gələn avtomobillərin hamısının üstü qapalı olub. Avtomobil karvanı Türkiyə ərazisindən görüntülənib.

Avtomobillərin yanacaqdoldurma tankerləri, generatorlar və s. daşıdığı görülüb. Karvan Suriyanın içlərinə doğru irəliləyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda ABŞ qoşunlarının kiçik bir hissəsinin Suriyada qalmasının tərəfdarı olduğunu açıqlayıb. Ağ Ev rəhbəri Suriyada olan 2500 əsgərin fərqli ölkələrə gedəcəyini də vurğulayıb: "Bəlkə də əsgərlərimiz İraqa keçə bilərlər. Çünki bizim orada güclü bir birliyimiz var".

Xəbər lenti
0