Steyk üçün ət, arxiv şəkli

Ətin qiyməti onun yaşına cinsinə görə tənzimlənəcək

95
(Yenilənib 17:07 23.02.2019)
Ətin keyfiyyətinin müəyyənləşdirilməsi üçün müxtəlif kateqoriyalar təsbit edildi

BAKI, 24 fevral — Sputnik. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi bundan sonra ətin qiymətini fərqli tənzimləyəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bundan sonra ətin qiyməti onun yaşına, cinsinə, yağlılığına görə tənzim ediləcək. Nazirliyin məlumatına əsasən, qəssabxanalarda xüsusi sertifikatlarla fəaliyyət göstərəcək şəxslər bu işi həyata keçirəcəklər. Məlumata görə, 8 aylıq heyvanın əti keyfiyyətinə görə A, B, C, D, E və Z olmaqla 6 kateqoriya ilə qiymətləndiriləcək. Bundan başqa yağlılıq səviyyəsinə görə də ət ayrıca olaraq qiymətləndiriləcək. Bu zaman isə ətin üzərində S (ən yüksək), E (mükəmməl), U (çox əla), R (əla), O (orta), P (pis) olaraq kateqoriyalar yazılacaq.

Məlumata görə illik 150 başadək heyvan kəsən kəsim mərkəzlərində bu kateqoriyaalr tətbiq olunmayacaq.

95