Военнослужащие Национальной гвардии Венесуэлы на заблокированном мосту Тиендитас на границе с Колумбией

Müharibənin ayaq səsləri: ABŞ Venesuelaya yaxın əraziyə əsgər texnika yığır

4817
(Yenilənib 16:13 22.02.2019)
Silahların Venesuelaya bu ilin mart ayının əvvəlində beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin vasitəsilə qonşu ölkələrdən birindən hissə-hissə keçirilməsi planlaşdırılır

BAKI, 22 fevral — Sputnik. "Birləşmiş Ştatlar Venesuelaya yaxın əraziyə xüsusi təyinatlı və texnika yığır". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Mariya Zaxarova bildirib.

"Vaşinqton tərəfindən təxribata hazırlıq görülür və bu hərb elminin bütün qaydalarına uyğun edilir", - deyə Zaxarova qeyd edib.

Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silah verməyə hazırlaşır. Böyük həcmdə silah və sursatı "Şərqi Avropa ölkələrindən birindən" almaq planlaşdırılır: "Söhbət iri çaplı pulemyotlar, avtomatik minaatanlardan gedir. Silahların Venesuelaya bu ilin mart ayının əvvəlində beynəlxalq logistika şirkətinin nəqliyyat təyyarələri vasitəsilə qonşu ölkələrdən birindən hissə-hissə keçirilməsi planlaşdırılır".

O qeyd edib ki, bu əməliyyata Ukraynanın "Antonov" şirkəti cəlb olunacaq.

Zaxarovanın sözlərinə görə, Venesuelada hadisələrin inkişafı öz kritik nöqtəsinə çatıb: "Venesuelaya qarşı fevralın 23-ü genişmiqyaslı təxribat törədilə bilər".

ABŞ prezidenti Donald Tramp fevralın 14-ü verdiyi açıqlamada Venesuela böhranı ilə əlaqədar olaraq bütün variantların masada olduğunu söyləyib. Venesuelanın parlament sədri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezident elan etməsinin üstündən üç həftə keçib. ABŞ daxil olmaqla 50 ölkə Xuan Quaydoyu prezident kimi tanıyıb və ölkənin erkən seçkilərə getməsini tələb edib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 25 ölkənin Venesuelaya humanitar yardım göndərmək məqsədilə 100 milyon dollar topladığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin binası
© Sputnik / Natalya Seliverstova

Humanitar yardımın Kolumbiya və Braziliya sərhədlərində yerləşən qaçqın mərkəzlərinə və Karib adasına göndəriləcəyi bildirilib. Quaydo humanitar yardımın 23 fevral tarixindən etibarən Venesuelaya girməsini istəyir. Maduro isə Kolumbiya sərhədinə qoşun yeridib və humanitar yardımın girişinə imkan verməməyi qarşısına məqsəd qoyub.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın biri Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

4817
Teqlər:
Donald Tramp, NATO, Ukrayna, ABŞ, Venesuela
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7
At, arxiv şəkli

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

14
(Yenilənib 23:29 02.12.2020)
Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

14
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT