Nursultan Nazarbayev

Nazarbayev hökuməti qovdu

54
(Yenilənib 18:33 21.02.2019)
Yeni hökumət həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın stimullaşdırılması üzrə effektiv addımlar atmalıdır

BAKI, 21 fevral — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətinin istefaya göndərilməsinin vacibliyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Bu gün mən bizim ölkəmiz üçün çox önəmli qərar qəbul edirəm. Sosial-iqtisadi vəziyyət ötən illər ərzində sabit olub. Bu şübhəsiz müsbət andır. Lakin bu hazırkı dövr üçün kifayət deyil" – deyə Nazarbayev qeyd edib.

Prezidenti vurğulayıb ki, hökumət Mərkəzi Bankla birgə iqtisadiyyatın keyfiyyəti inkişafı üçün real stimullar və alətləri tam mənada yarada bilməyib.

Nazarbayev vurğulayıb ki, icra orqanlarının formal yanaşması nəticəsində əhalinin sosial cəhətdən həssas təbəqəsi ünvanlı sosial yardım ala bilməyib. Prezident hökumət üzvlərinin, nazirlərin, hakimlərin əhali ilə necə işləməyi, onların problemlərini dinləməyi, həyata keçirilən işləri və siyasəti necə izah etməli olduqlarını bilmədiklərini qeyd edib.

Onun sözlərinə görə, yeni hökumət həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın stimullaşdırılması üzrə effektiv addımlar atmalıdır.

Nazarbayev hökumətin istefaya göndərilməsi haqqında sərəncam imzalayıb. Qərar əsasən Askar Mamin baş nazirin səlahiyyətlərini icra edəcək.

54