Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan

ABŞ Ermənistanın XİN başçısının Vaşinqton səfərinə “yox” dedi

78
(Yenilənib 15:30 21.02.2019)
Hazırda Ermənistan XİN-i bütün yollarla vəziyyəti düzəltməyə çalışır. Onlar Mnatsaknayanın ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşünü təşkil etmək istəyirlər.

BAKI, 21 fevral — Sputnik. Rəsmi Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Birləşmiş Ştatlara planlaşdırılan səfərini təxirə salıb. Sputnik Azərbaycan "Qraparak" nəşrinə istinadən xəbər verir ki, rəsmi Yerevan bu səfərin üzərində xeyli müddət işləyirmiş.

"Xarici İşlər Nazirliyində olan mənbələrimiz bildirir ki, bu məsələdə Paşinyan və Bolton arasında baş tutan son telefon danışığı da az rol oynamayıb. Belə k, Bolton Paşinyandan erməni missiyasının Suriyaya göndərilməsinə dair qərarın yekun qərar olub-olmamasını soruşub və Paşinyandan müsbət cavab alıb" – deyə nəşr yazır.

“Qraparak” iddia edir ki, hazırda Ermənistan XİN-i bütün yollarla vəziyyəti düzəltməyə çalışır. Onlar Mnatsaknayanın ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşünü təşkil etmək istəyirlər. Lakin hələlik bu səylər nəticə vermir. İstisna edilmir ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərinə müraciət etsin.

78