Nikol Paşinyan yürüşdə

Paşinyan yenə erməniləri meydana yığır, xalqa xüsusi müraciət edəcək

6621
(Yenilənib 11:54 21.02.2019)
Yürüş martın 1-i saat 18:30-da başlayacaq. Baş nazir hamını Azadlıq meydanına gəlməyi dəvət edib

BAKI, 21 fevral — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan 1-2 mart 2008-ci il tarixində baş verən hadisələrlə bağlı bu ilin martın 1-də Yerevanda yürüş təşkil edəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Ermənistan baş naziri Nikol Paşinyan və parlamentin spikeri Ararat Mirozyan
© Sputnik / Asatur Yesayants

Paşinyan vurğulayıb ki, müzakirələr nəticəsində həmin gün Azadlıq meydanından Myasnikyanın heykəlinə qədər geniş miqyaslı yürüş keçirilməsi barədə qərar qəbul edib.

"Yürüş Ermənistan vətəndaşının qələbəsinə, yürüş zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq. Yürüş xalqın və onun hakimiyyətinin qələbəsinin dönməzliyini göstərəcək” – deyə Paşinyan bildirib..

Yürüş martın 1-i saat 18:30-da başlayacaq. Baş nazir hamını Azadlıq meydanına gəlməyi dəvət edib. Elə həmin gün Paşinyan xalqa xüsusi müraciət edəcək.

Qeyd edək ki, 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət seçkilərin nəticələrinə etiraz edərək uzun müddət etiraz aksiyası keçirib. Bir neçə gün davam edən aksiyalar 1-2 mart tarixlərində etirazçılar və hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurmaya çevrilib. Nəticədə 10 nəfər ölüb.

6621
Teqlər:
Yürüş, Nikol Paşinyan, Ermənistan
Əlaqədar
Sarqsyanın partiyasında təlaş: Paşinyan Əliyevlə deyil, bizimlə məsləhətləşməlidir
Paşinyan Əliyevlə görüşdən əvvəl kiminlə telefonla danışıb?
Paşinyan Rusiyanın xoşuna gəlməyəcək bəyanat verdi
Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”