Banqladeşdə dəhşətli yanğın

Müsəlman ölkəsində dəhşətli yanğın 69 ölü

99
(Yenilənib 10:39 21.02.2019)
İlkin ehtimala görə, yanğına səbəb qaz balonunun partlaması olub

BAKI, 21 fevral — Sputnik. Banqladeşin paytaxtı Dakkada 4 mərtəbəli yaşayış binasının ən aşağı mərtəbəsindəki kimyəvi anbarda baş verən partlayış nəticəsində baş verən yanğın zamanı ən azı 69 nəfər ölüb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə köhnə tikililərin olduğu Qədim Dakkanın Çavkbazar ərazisində baş verdiyindən tez bir zamanda ətrafdakı binalara yayılıb.

"Ölənlərin sayının artacağı istisna olunmur. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir" – Banqladeşin Yanğından Mühafizə və Mülki Müdafiə Xidmətinin direktoru Əli Əhməd bildirib.

İlkin ehtimala görə, yanğına səbəb qaz balonunun partlaması olub.

99