Ağ Ev qar altında

ABŞ prezidenti Türkiyəyə qarşı radikal qərar qəbul etdi

2308
(Yenilənib 14:31 20.02.2019)
Rusiyadan "S-400" raket kompleksləri alarsa, Türkiyəyə "F-35" qırıcılarının satışı dayandırılacaq

BAKI, 20 fevral — Sputnik. ABŞ prezidenti Donald Tramp 2019-cu ilin dövlət xərcləri ilə bağlı qanunu imzalayıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, həmin qanuna görə, Rusiyadan "S-400" raket kompleksi alarsa, 2019-cu ilin 1 noyabr tarixinədək Türkiyəyə "F-35" qırıcılarının satışı dayandırılacaq.

Tramp "F-35" döyüş təyyarələrinin Türkiyəyə satışını dayandıran qanunu imzalayıb və bu sənəd "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanun çərçivəsində hazırlanıb.

Daha əvvəl satışı qadağan edən maddə qanundan çıxarılmışdı. Ancaq bu maddə yenidən qanuna salınıb.

Qanuna görə, ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan "S-400" alması ilə bağlı hesabat hazırlayacaq. Hesabatda bu sistemlərin alınmasının nə kimi təhdidlər yaradacağı müzakirə olunacaq. Hesabatın 2019-cu il noyabrın 1-dək hazırlanması tələb edilib. Və bu müddətdə Türkiyəyə "F-35" qırıcılarının təslim edilməsi dayandırılıb.

Türkiyə ümumilikdə 116 ədəd "F-35" sifarişi verib. Bunlardan bir hissəsinin bu ilin mart ayında Türkiyəyə təhvil verilməsi gözlənilirdi.

Rusiya ötən günlərdə "S-400"-ləri yazın sonlarına kimi Türkiyə tərəfinə təhvil verəcəyini açıqlamışdı. Ona görə də "F-35"-lərin satışının noyabrın 1-dək dayandırılması ABŞ-a Türkiyəyə qarşı yeni sanksiya tətbiq etmək üçün vaxt qazandırmış ola bilər.

Bəzi məlumatlara görə isə, ABŞ Türkiyəyə "F-35" satışını tamamilə dayandırsa, verilən sifarişləri İsrail almağa hazırdır.

Qeyd edək ki, Ankaranın Rusiyanın "S-400" raketdən müdafiı komplekslərini alması ABŞ-ın narazılığına səbəb olub. Türkiyə isə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlə müraciət etmişdi.

 

2308
Teqlər:
"S-400" raket sistemi, "F-35" qırıcı təyyarəsi, Donald Tramp, prezident, ABŞ
Əlaqədar
"Türkiyə "S-400"-dən imtina etməyəcək"
Türkiyə "S-400"-ləri "Patriot"-larla dəyişməkdən imtina etdi
Amerika "nokauta" salınır: Daha bir ölkə "S-400" alacaq