Laboratoriya

Qocalığa qarşı dərman sınaqdan keçirilib

41
(Yenilənib 20:36 19.02.2019)
Alimlər tədqiqatları davam etdirməyi planlaşdırır

BAKI, 20 fevral — Sputnik. Ostində yerləşən Texas Universitetinin alimləri "qocalığa qarşı dərman"-ın ilk kliniki təcrübəsini keçiriblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, preparat qocalmış, parçalanmayan hüceyrələri bədəndən təmizləyir.

Məlumdur ki, zərər görmüş hüceyrələr ölür. Ancaq bəziləri bədəndə qalır və zəhərli təsiri olan kimyəvi siqnalları yarada bilir. Mütəxəssislərə görə bu da toxumaların yaşlanmasına yardım edir.

Belə hüceyrələrin bədəndən çıxarılması insanı ölməz etməyəcək. Amma sağlam yaşlılığı təmin edəcək və yaşla əlaqəli xəstəliklərdən qoruya biləcək.

Alimlər qrupu araşdırmanın həyata keçirilməsi üçün xüsusi bir strategiya hazırlayıb. İdiopatik pulmoner fibrozu olan 14 xəstəyə iki həftə ərzində desatinib (leykemiya üçün dərman) və qvercetin (təbii biokimyəvi maddə, flavonoid) verilib.

Üç həftə sonra iştirakçılar təcrübə başlamazdan əvvəldə olduğundan daha çox piyada gəzə bilib və vəziyyətlərinin ümumi yaxşılaşması barədə məlumat veriblər. Terapiyanın mənfi təsirləri müəyyən edilməyib.

İdiopatik pulmoner fibroz 50 yaşından böyük insanların xəstəliyidir.

Ağciyərlərdə zamanla ölçüsü böyüyən birləşdirici toxumadan ibarət lifli mühit yaranır. Xəstələr öskürək və təngənəfəslikdən əziyyət çəkir. Nəfəs çatışmazlığı yaranan xəstəlik sağalmaz hesab edilir və diaqnoz qoyulduqdan sonra insan 3-5 ildən artıq yaşaya bilmir.

Alimlər tədqiqatları davam etdirməyi planlaşdırırlar. Onlar ağciyər və böyrək xəstəlikləri olan insanlar arasında klinik sınaqların keçirilməsinə hazırlaşırlar.

41