“Google” şirkəti

İnternet nəhəngləri üçün yeni vergi siyasəti hazırlanır

20
(Yenilənib 20:10 18.02.2019)
"Google” və “Facebook”dan əldə etdikləri gəlirin 2, yaxud da 3 faizi qədər vergi almaq lazımdır"

BAKI, 19 fevral — Sputnik. Yeni Zelandiya hökuməti tərəfindən “Google” və “Facebook” üçün yeni vergi siyasəti hazırlanır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Yeni Zelandiyanın baş naziri Jakinda Ardern verdiyi açıqlamada bu haqda danışıb. O bildirib ki, yerli şirkətlərlə xarici şirkətlər arasında vergi siyasətində ayrıseçkilik var. Məhz bunun üçün "Goggle" və "Facebook" kimi iri şirkətlərdən əlavə vergilərin əldə edilməsini nəzərdə tutan qnaun layihəsi müzakirə edilir: “Google” və “Facebook”dan əldə etdikləri gəlirin 2, yaxud da 3 faizi qədər vergi almaq lazımdır” - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, bu dəyişikliklərin gələn il qüvvəyə minməsi gözlənilir.

20