Donald Tramp

Evdən rəqib dövlətə "buzlar əriyir" mesajı

34
(Yenilənib 12:19 18.02.2019)
Tramp: "Çin ilə ticarət danışıqları öz axarında davam edir"

BAKI, 18 fevral — Sputnik. ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət danışıqlarının gedişatını müsbət qiymətləndirib. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, Tramp ABŞ-ın Çin ilə "real" ticarət sazişinə bu günə qədər ilk dəfə belə yaxın olduqlarını bildirib.

"Bu rüsumlar Çinin iqtisadiyyatına çox mənfi təsir edir. Onlar rüsumların olmasını istəmirlər. Bir saziş imzalasaq, o zaman vergilərin aradan qaldırılmasından qürur duyaram" – deyə Tramp Ağ Evdəki çıxışı zamanı deyib.

Çin ilə danışıqlar və müzakirələrin çoxtərəfli və qarışıq olduğuna diqqət çəkən prezident müzakirələr üçün nəzərdə tutulan 1 mart tarixinin yenidən uzadıla biləcəyini də vurğulayıb.

34
Teqlər:
Donald Tramp, münasibət, Çin, ABŞ
Əlaqədar
ABŞ-da siyasi böhran: Tramp fövqəladə vəziyyət elan edəcək
Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edib
Trampın səhhətində müəyyən problemlər aşkar olunub
Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb