Sualtı qayıq

İran dəhşətli silahını nümayiş etdirdi

587
(Yenilənib 22:36 17.02.2019)
Gəminin çəkisi 600 tondur, o, ən müasir silahla təchiz olunub

BAKI, 17 fevral — Sputnik. İran Prezidenti Həsən Ruhani bu gün təntənəli şəkildə ölkəsinin istehsal etdiyi yeni "Fateh" sualtı gəmisini təqdim edib.

Sputnik Azərbaycan-ın Press TV-yə istinadla məlumatına görə, gəmi qanadlı raketlərlə təchiz edilib. Gəminin çəkisi 600 tondur, o, ən müasir silahla - torpedalar, dəniz minaları və qanadlı raketlər təchiz olunub 

​O 200 metrə qədər dərinliyə dala və 5 həftəyə qədər su altında fasiləsiz işləyə bilir.

Mərasim İranın şəhəri Bəndər Lingə liman şəhərində (Hormozqan vilayəti) baş tutub.

587