Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyan

Ermənistan reallığı: Avtobus sürücüsü parlament sədrinin müavini oldu

130
(Yenilənib 16:05 16.02.2019)
Daha əvvəl Melisketyan Karen Demirçyan adına idman-konsert kompleksi direktorunun səlahiyyətlərini icra edir

BAKI, 16 fevral — Sputnik. Samvel Meliksetyan Ermənistan Milli Məclisinin sədrinin müavini təyin edilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Qraparak" nəşri məlumat verir.

Nəşr yazır ki, Meliksetyan Ararat Mirzoyanın yaxın dostudur.

Nəşr yazır ki, daha əvvəl Melisketyan Mirzoyanın vasitəçiliyi ilə Karen Dəmirçyan adına idman-konsert kompleksi direktoru səlahiyyətlərini icra edib: "O, bu vəzifəyə rəsmi təyinata da ümid edib. Lakin bu vəzifəni baş nazirinin müavini Tiqran Avinyanın himayədarı – "Şarm" şirkətin prodüseri Karen Kazaryan da istəyib. Bu "mübarizədə" Avinyan qələbə qazanıb" - deyə "Qraparak" cavab yazıb.

Nəşr yazır ki, inqilaba qədər Meliksetyan "Ani" mehmanxanasında turist avtobusunun sürücüsü işləyib.

130
Dövlət Departamenti

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə edirlər?

20
Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Respublikada seçkiqabağı kampaniya zamanı saxlanılanlar arasında "Amerika pasportu olan şəxslər, Dövlət Departamentində işləyənlərin həyat yoldaşları" var.

Belarus Prezidenti qeyd edib ki, hakimiyyətə "onların adları, soyadları, ünvanları, parolları, gizli görüş yerləri" məlumdur.

"Amerikalı, Dövlət Departamenti işçisi, demokratik partiyanın işçisi olmağının önəmi yoxdur. <...> Rusiyada seçkiqabağı kampaniyada iştirak ediblər, yaxşı pul qazanıblar. Hesab edirəm ki, amerikalılar onları indi qoruyacaqlar. Belə şey ola bilməz".

Onun sözlərinə görə, Belarusda belə adamlar az deyil və onların hamısı "puldan yaşıllaşıblar" – "Kim ödəyirsə, onun üçün də oxuyurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Minskdəki otellərdən birində Rusiya pasportlu 32 nəfər silahlı yaxalanmışdı.

20
 Kemeron Diaz, arxiv şəkli

Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb

11
(Yenilənib 15:17 06.08.2020)
Amerikalı aktrisa Kemeron Diaz Qvinet Peltrouya müsahibəsində kinodan getməsinin səbəbini açıqlayıb.

BAKI, 6 avqust — Sputnik. Amerikalı aktrisa Kemeron Diaz Qvinet Peltrouya müsahibəsində kinodan getməsinin səbəbini açıqlayıb. Onların söhbəti "YouTube" kanalında yayımlanıb.

Hollivud ulduzu deyib ki, öz həyatını digər insanlara həsr etməyi sevmədiyi üçün işi dayandırmaq qərarına gəlib.

"Filmə çəkildiyiniz zaman... onlar sənə sahiblənirlər. Bütün ay boyu 12 saat meydançada olursan. Bundan başqa işlərə vaxt qalmır. Mən başa düşdüm ki, həyatımın bir hissəsini digər insanlara verirəm. Onlar onu götürürlər. Mənə sadəcə onu geri almaq, həyatıma görə məsuliyyəti öz üzərimə götürmək lazım idi", - Diaz deyib.

Artist izah edib ki, çəkiliş zamanı aktyorlarla uşaqlar kimi davranırlar. "Sənin həyatın çox dar istiqamətdə gedir. Hamı sənin üçün hər şeyi edir, qayğı göstərirlər. Mən heç vaxt özümü buna görə həqiqətən rahat hiss etməmişəm", - deyə o, etiraf edib.

47 yaşlı Diaz "Maska", "Mənim qoruyucu mələyəm", "Nyu-York dəstələri" kimi filmlərə çəkilib. Onun iştirakı ilə sonuncu film - "Enni" müzikli 2014-cü ildə çıxıb. 2020-ci ilin yanvar ayında o, "Good Charlotte" rok qrupunun gitaristi Benci Maddendən ilk övladını, qızı Reddiksi dünyaya gətirib.

11
Bakıda tibbi maskada olan gənc, arxiv şəkli

Bakıda ən çox yoluxmanın qeydə alındığı ərazilər - SIRALAMA

0
(Yenilənib 17:49 06.08.2020)
Ən az yoluxma isə Səbail rayonu ərazisində qeydə alınıb ki, burada yoluxma Bakı şəhəri üzrə ümumi statistikanın 4.5 faizini təşkil edib

BAKI, 6 avqust — Sputnik. Bakıda COVID-19-a yoluxma ən çox Binəqədi rayonu ərazisində qeydə alınıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az-a istinadən xəbərinə görə, qeyd olunan rayonda yoluxma 14.2 faiz təşkil edib.

Daha sonrakı yerdə qərarlaşan Xətai rayonunda yoluxma 12.2 faiz, Sabunçu rayonunda 11.9 faiz, Yasamal rayonunda isə 11.8 faiz təşkil edib. Ən az yoluxma isə Səbail rayonu ərazisində qeydə alınıb ki, burada yoluxma Bakı şəhəri üzrə ümumi statistikanın 4.5 faizini təşkil edib.

0