Nyu-York polisi, arxiv şəkli

ABŞ-da növbəti dram: 5 nəfər öldürüldü, xeyli yaralı var

48
(Yenilənib 10:50 16.02.2019)
Hadisəni törədən 45 yaşlı Harri Martin "Henry Pratt" şirkətinin əməkdaşı olub

BAKI, 16 fevral — Sputnik. Birləşmiş Ştatların İllinoys ştatının Avrora şəhərində işdən çıxarılan şirkət əməkdaşı ətrafdakılara atəş açmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ABC 7" telekanalı hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

ABŞ polisi, arxiv şəkli
© AP Photo / Andres Kudacki

Məlumat əsasən, hadisəni törədən 45 yaşlı Harri Martin "Henry Pratt" şirkətinin əməkdaşı olub. Telekanalın məlumatına görə, o, iclas zamanı işdən çıxarıldığını öyrənib və bundan sonra atəş açmağa başlayıb. Bundan sonra şirkətin həyətinə çıxıb və bura da atəş açmağa davam edib.

Qeyd olunur ki, o, 15 il ərzində müəssisədə yığıcı olaraq işləyib.

Ən son məlumatlara əsasən Harri Martin 5 nəfəri qətlə yetirib, daha 5 polis əməkdaşı və 6 mülki vətəndaş yaralanıb. Cinayətkarın özü polis tərəfindən məhv edilib.

ABŞ prezidenti Donald Tramp baş vermiş atışmada həlak olanların yaxınlarına başsağlığı verib.

48