Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı. Berlin, 28 sentyabr 2018-ci il

Ərdoğandan Avropa İttifaqına sərt ittiham

28
(Yenilənib 02:15 16.02.2019)
Ərdoğan: "Aİ Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir"

BAKI, 16 fevral - Sputnik. Avropa İttifaqı Türkiyəni öz tərkibinə xüsusən ona görə qəbul etmir ki, respublika müsəlman ölkəsidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalın efirində deyib.

"Türkiyəni Avropa İttifaqına yeganə səbəbə görə qəbul etmirlər ki, biz müsəlman ölkəsiyik. Qoy onda onlar bunu açıq desinlər", - deyə Türkiyə lideri bildirib.

2018-ci ilin dekabrında Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyənin bu birliyə daxil olmasınıuzadır.

28