Belorus XİN-in binası, arxiv şəkli

Rəsmi Minsk Yerevana ultimatum verdi

89
(Yenilənib 20:09 14.02.2019)
Belarus, parlament seçkilərinin keçirilməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti ilə görüşü imkanının olmamasını anlayışla qarşılayıb

BAKI, 14 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin olmaması təşkilatın işinin xeyrinə deyil. Sputnik Belarus xəbər verir ki, bunu Belarus XİN-in mətbuat katibi Anatoliy Qlaz jurnalistlərə açıqlamasında bildirib.

"KTMT baş katibsiz artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Vəziyyət təşkilatın xeyrinə deyil və dərhal həllini istəyir", - deyə Qlaz bildirib.

XİN rəsmisi qeyd edib ki, Astana və Sankt-Peterburqda keçirilən görüşlər zamanı ölkə başçıları Zasın namizədliyini dəstəkləyiblər: "Hələ ötən ilin dekabrında KTMT Baş katibliyi Stansilav Zasın təyin edilməsi əsasında layihə hazırlayıb. O, beş paytaxtda ölkə rəhbərləri ilə görüşüb, bütün prezidentlər onu dəstəkləyiblər".

Qlaz əlavə edib ki, Belarus, parlament seçkilərinin keçirilməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti ilə görüşü imkanının olmamasını anlayışla qarşılayıb. Bu arada Minsk ümid edir ki, yaxın vaxtlarda erməni tərəfin görüşün tarixi barədə məlumat verəcək: "Belarus qarşılıqlı anlaşmaya ümid edir və hesab edir ki, baş katib postu "oteldə bron edilməsi mümkün olan nömrə deyil". Bütün ölkələr bu məsələnin həllində - bu "texniki anın" KTMT-ının işinə, həmçinin iştirakçı ölkələr arasında ikitərəfli münasibətlərə təsir etməməsində maraqlıdır".

Qeyd edək ki, KTMT baş katibinin postu artıq yarım ilə qədər boşdur. Növbəlik qaydasına əsasən növbəti baş katib Belarus tərəfinin namizədi olmalıdır. Respublika bu vəzifəyə Stanislav Zasın namizədliyini irəli sürüb. Lakin hələlik onun təyinatı razılaşdırılmayıb – Ermənistanla razılaşma yoxdur".

89