Dəhşətli terrorda ölənlərin sayı 40-ı keçdi

© AP Photo / Mehdi Pedramkhooİranda terror
İranda terror - Sputnik Azərbaycan
Abunə olmaq
İran xarici işlər naziri Cavad Zərif SEPAH avtobusunun partladılmasının Varşavada Yaxın Şərq üzrə konfransın açılışı ilə eyni gündə olmasını təsadüf saymır

BAKI, 14 fevral - Sputnik. İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun (İİKK) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Fars News" məlumat yayıb.

İranın cənubunda terror hadisəsi - Sputnik Azərbaycan
İranda terror hücumu – Ölən və yaralananlar var

"Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb" - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bundan əvvəl 20 hərbçinin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilirdi. Məlumata görə, hәrbçilәr bölgәdә sәrhәd tapşırığnı yerinә yetirdikdәn sonra geri dönürmüşlәr.

Partlayışa görə məsuliyyəti "Ceyşül-zülm" qruplaşması öz üzәrinә götürüb.

İran xarici işlər naziri Cavad Zərif SEPAH avtobusunun partladılmasının Varşavada Yaxın Şərq üzrə konfransın açılışı ilə eyni gündə olmasını təsadüf saymır. O, bu barədə özünün “Twitter” səhifəsində yazıb: “İranda terror aktının “Varşava sirki” ilə eyni gündə baş verməsi təsadüfdürmü? Xüsusən də həmin terrorçuları dəstəkləyənlər bu hücuma görə Varşava küçələrində sevinən və sosial şəbəkələrdə dəstəkləyən zaman”.

Bundan öncə Zərif Varşavadakı konfransı “doğuluşdan ölü” adlandırıb və bunu ABŞ-ın İranı əsassız təqib cəhdi kimi xarakterizə edib.

Xəbər lenti
0