Qara bəbir

Yüz ilin əfsanəsi - Qara bəbirin görüntüləri əldə edildi

81
(Yenilənib 22:36 13.02.2019)
Keniyada görüntülənən qara bəbirin melanizm xəstəliyinə görə bu rəngdə olduğu söylənilir

BAKI, 13 fevral — Sputnik. Elm adamlarını təəccübləndirən hadisə baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 100 ildən sonra ilk dəfə olaraq təbiət qoynunda qara bəbir görüntülənib. Keniyada görüntülənən qara bəbirin melanizm xəstəliyinə görə bu rəngdə olduğu söylənilir.

Qara bəbirin ilk görüntüsü isə fotoqraf Vill Burrard Lukas tərəfindən dünya ictimaiyyətinə təqdim olunub. Fotoqraf bəbirin şəklinin çəkilməsinin onun karyerasında ən əhəmiyyətli hadisə adlandırıb.

  • Keniyada görüntülənən qara bəbir
    Keniyada görüntülənən qara bəbir
  • Keniyada görüntülənən qara bəbir
    Keniyada görüntülənən qara bəbir
  • Keniyada görüntülənən qara bəbir
    Keniyada görüntülənən qara bəbir
1 / 3
Keniyada görüntülənən qara bəbir

“Bir müddət öncə belə bir bəbirin varlığı haqda məlumat aldım. Bunun üçün Keniyanın Laikipya bölgəsinə gedib orada bir sistem qurdum. Qara bəbiri tapıb, şəklini çəkmək üçün bir müddət gözlədim” – deyə fotoqraf bildirib.

81