Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman

Dünyanı qarışdıracaq qərar Səudiyyə Ərəbistanı qara siyahıda

78
(Yenilənib 22:19 13.02.2019)
Aİ Komissiyası çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı kifayət qədər mübarizə aparmayan ölkələrin siyahısını açıqlayıb

BAKI, 14 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə standartlarına uyğun gəlmədiyi üçün qara siyahıya salıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Aİ Komissiyası çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı kifayət qədər mübarizə aparmayan ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda 23 ölkənin adı var.

Siyahıda Əfqanıstan, Şimali Koreya, Efiopiya, Qana, İran, İraq, Liviya, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Suriya, Tunis və s. ölkələrin adı var.

Aİ siyahıda olan ölkələrin maliyyə qurumları və müştərilərinin əməliyyatlarına yönələn daha çox nəzarət və audit keçirəcək.

78