Nikolas Maduro

Maduro təklənir Çin Venesuela müxalifəti ilə danışıqlara başladı

118
(Yenilənib 13:10 13.02.2019)
Çinin xarici işlər nazirliyi məsələni şərh etməkdən imtina edib

BAKI, 13 fevral — Sputnik. Çin Venesuelada olan müxalifətlə əlaqələr qurmağa başlayıb. Bu barədə Sputnik Azərbaycan "The Wall Street Journal"-a istinadən xəbər verir. 

Venesuelada iğtişaşlar
© REUTERS / Carlos Garcia Rawlins

Nəşrin məlumatına görə, rəsmi Pekin Bolivar Respublikasına olan investisiyalarının taleyindən narahatdır və özünü prezident elan edən Xuan Quaydonun düşərgəsi ilə vəziyyəti müzakirə etmək üçün diplomatlarını göndərib. Qeyd olunur ki, Çin Venesuela iqtisadiyyatına təxminən, 20 milyard dollar dəyərində investisiya yatırıb. 

Nəşrin rəylərini soruşduğu ekspertlər iddia edirlər ki, Çin bu ölkədə hakimiyyətin dəyişməsi riskini anlayır və Karakasda yeni hökumət üçün "pis tərəf"də olmaq istəmir. Analitiklərdən biri vurğulayıb ki, Pekinin sabitliyin lehinə çıxış etməsinə baxmayaraq, onlar anlayırlar ki, yumurtaları müxtəlif zənbillərə qoymağın vaxtı çatıb.

Çinin Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın biri Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

118
Teqlər:
müxalifət, danışıqlar, Çin, Venesuela, prezident Nikolas Maduro, Nikolas Maduro
Əlaqədar
Venesuela prezidenti orduya göstəriş verib
Çindən bütün ölkələrə Venesuela təklifi
Venesuela sanksiyalara görə 350 milyard dollar itirib
Moskva Venesuela ilə bağlı iddianı təkzib etdi
Donald Tramp, arxiv şəkli

Trampın gedəcəyi günü gözləmədilər

5
(Yenilənib 14:12 16.01.2021)
Donald Trampın "Facebook" hesabında son postları silinib. Belə ki, sosial şəbəkə administrasiyasının fikrincə, Tramp o postlarında etiraz aksiyalarını dəstəkləyir.

BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın "Facebook" və "Instagram" sosial şəbəkələrindəki hesabları bərpa olunub. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Belə ki, Donald Trampın "Facebook" hesabında son postları silinib. Sosial şəbəkə administrasiyasının fikrincə, Tramp o postlarında etiraz aksiyalarını dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl "Facebook" bəyan edirdi ki, Trampın səlahiyyət müddəti bitənə qədər onun sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq.

Xatırladaq ki, yanvarın 7-si sosial şəbəkələr ABŞ Prezidenti Donald Trampın öz hesablarına girişi məhdudlaşdırmışdı.

Qeyd edək ki, yanvarın 6-da Kapitoli binasında Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb. ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib. Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar. 

5
Reza Deqati

Dünya şöhrətli fotoqraf Fransa telekanalında erməni vandalizmindən danışıb - VİDEO

7
(Yenilənib 13:51 16.01.2021)
Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı.

BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.

Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.

Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.

 Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.

Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.

Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

7

“BakuBus” rəhbəri işdən çıxarıldı

0
MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisinə tapşırılıb

BAKI, 16 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.

Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

0
Teqlər:
vəzifədən azad edilmə, rəhbər, "BakuBus" MMC