Gənc qadın, arxiv şəkli

Trabzonda saxlanılan azərbaycanlı qadınlar Türkiyədən çıxarıldı

88
(Yenilənib 20:35 12.02.2019)
Saxlanılan şübhəlilər öncə Trabzon ədliyyə idarəsinə aparılıb

BAKI, 13 fevral — Sputnik. Trabzon polisi Ortahisar bölgəsində Çömlekçi məhəlləsində bir hoteldə əxlaqsızlıqla mübarizə çərçivəsində əməliyyat  tədbiri keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı hotel sahibi həbs edilib.

Məlumata görə, polis "fahişəliyə təşviq etmək, vasitəçilik və məcbur etmə" ittihamı ilə hotel sahibi H.D-ni, C.K-nı və H. B. adlı şəxsləri həbs edib.

Bununla yanaşı 4-ü azərbaycanlı olan 5 qadın da saxlanılıb.

Saxlanılan şübhəlilər Trabzon ədliyyə idarəsinə aparılıb. Hotel sahibi həbs edilib, digərləri isə buraxılıb.

Azərbaycanlı qadınlar ölkədən deportasiya edilib.

88