Benyamin Netanyahu

İsraildən ağır təhdid: "Bu, İslam İnqilabının sonuncu ildönümünü olacaq"

122
(Yenilənib 15:29 12.02.2019)
Netanyahu: "Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz"

BAKI, 12 fevral — Sputnik. "ABŞ-ın İranı vuracağı təqdirdə, iranlıların Təl-Əvivi və Hayfanı dağıdacaqlarına dair təhdidləri bizi qorxutmur". 

Sputnik Azərbaycan "Newsru.com"-a istinadən xəbər verib ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. "Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz" - deyə o bildirib.

Baş nazir qeyd edib ki, əgər Tehran faciəli səhv etsə və Təl-Əviv və ya Hayfanı məhv etməyə çalışsa, cəhdləri nəticəsiz qalacaq: "Bu, onların inqilabın sonuncu ildönümünü qeyd etdiyi il olacaq. Onlar bunu nəzərə almalıdırlar".

Qeyd edək ki, ötən gün İranda İslam İnqilabının 40 illiyi qeyd olunub. İslam İnqilabı Keşişçiləri Korpusunun nümayəndəsi qeyd edib ki, "əgər Birləşmiş Ştatlar İrana hücum etməyə cəsarət etsə, bu Hayfa və Təl-Əvivin yer üzündən silinməsi ilə nəticələnəcək".

122
Teqlər:
Benyamin Netanyahu, ABŞ, İran, İsrail
Əlaqədar
İsrail qırıcıları Qəzzanı bombalayıb
Suriya İsraili Təl-Əviv hava limanını vurmaqla hədələdi
İsrail səfirinin Azərbaycanı tərk edəcəyi vaxt açıqlandı